Azərbaycanlı idmançı Olimpiya Oyunlarının finalında

azerbaycanli-idmanci-olimpiya-oyunlarinin-finalinda
Oxunma sayı: 6612

Tokio-2020-də yunan-Roma güləşində 67 kq çəki dərəcəsində kişilərin mübarizəsinə start verilib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan əsilli Ukrayna təmsilçisi Pərviz Nəsibov finala kimi irəliləməyi bacarıb.

22 yaşlı güləşçi 1/8 finalda Fredrik Byerrehuusu (Danimarka), 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Nəsibovun finaldakı rəqibi İran idmançısı Məhəmməd Reza Qerayi olacaq. Görüş sabah keçiriləcək.
 
Qeyd edək ki, Pərviz Ağstafa rayonundan doğulub. Onun ailəsi 6 yaşı olarkən Ukraynaya köçüb.