Azərbaycanlı idmançı Qran-Pridə birinci oldu

azerbaycanli-idmanci-qran-pride-birinci-oldu
Oxunma sayı: 1377

Azərbaycan Milli Paralimpiya yığmasının cüdoçusu Kənan Abdullaxanlı Böyük Britaniyanın Urovik şəhərində keçirilən cüdo üzrə Beynəlxalq Qran-Pridə qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, idmançımız 100 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Bununla Abdullaxanlı Tokio-2020 Yay Paralampiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.