Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, toplantıda futzal çempionatındakı oyunlarla bağlı cəzalar da açıqlanıb.
(5 fevral 2016-cı il) futzal üzrə Azərbaycan birinciliyini “Sədərək” – FHN matçının 7-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Elxan Abbasov aqressiv hərəkət, hakimə qarşı fiziki təsir və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 1 il müddətinə futbol oyunlarından kənarlaşdırılıb. Həmin matçın 7-ci dəqiqəsində “Sədərək” komandasının futbolçusu Şahin Alırzayev aqressiv hərəkət, hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 5 oyunluq cəzalanıb. “Sədərək” klubu oyunu davam etdirməkdən imtina etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
(7 fevral 2016-cı il) futzal üzrə Azərbaycan birinciliyinin “Montin” – “Laçın” FK matçının 46-cı dəqiqəsində qonaq komandanın futbolçusu Nəriman Mehtiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
(31 dekabr 2015-cı il) Azərbaycan Həvəskarlar liqaının “Redstar” – “MEGA” matçının 53-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Nurlan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
Son xəbərlər
Son Xəbərlər