Azərbaycanlı intihar etdi - Gürcüstanda

azerbaycanli-intihar-etdi
Oxunma sayı: 1777

Gürcüstanın Saqareco rayonunda intihar olub.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Tüllər kəndində baş verib.

Kəndin sakini, 55 yaşlı Nurəddin Xeyirxəbərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət əvvəl həyat yoldaşına xəstəlik səbəbindən özünü öldürəcəyini deyib.

N. Xeyirxəbərov dünən təmiz hava almaq adı ilə həyətə çıxıb. Az sonra isə təndir çardağında əvvəlcədən hazırladığı kəndirlə özünü asıb.

Hadisə ilə bağlı hələlik cinayət işi qaldırılmayıb.