Azərbaycanlı iş adamı Moldova klubuna sponsorluq edəcək

azerbaycanli-is-adami-moldova-klubuna-sponsorluq-edecek
Oxunma sayı: 1017

Moldovanın “Saksan” klubu Azərbaycanlı iş adamı tərəfindən maliyyələşdirilə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə moldfootball.com saytı məlumat yayıb.

İş adamının adı açıqlanmır. Bildirilir ki, o, bu işi tək görməyəcək. İrandan və Türkiyədən olan tərəfdaşları da ona yardım edəcək. Rəsmi müqavilə gələn həftə imzalanacaq.

“Saksan”ın prezidenti Qreqori Kadini də açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, hələlik azərbaycanlı iş adamı ilə danışıqlar gedir: “Məsələ hələ danışıq mərhələsindədir. Ola bilsin ki, bu baş tutsun. Amma dəqiq deyil”.