“Qafqazinfo” volsk.ru-ya istinadən xəbər verir ki, mərhumun olduğu maşını Komsomol rayonunda, çayda çimən uşaqlar aşkar ediblər.
Ölümün səbəbi kimi boğulma göstərilir. Əsas ehtimallar isə intihar və ya Sərdarovu suya maşını ilə birgə kiminsə atması göstərilir.
Volsk şəhəri İstintaq idarəsi bununla bağlı hələ 29 aprel tarixindən araşdırmalara başlayıb. Azərbaycanlı iş adamını sonuncu dəfə həmin ayın 24-də şəxsi maşınında, Oktyabr küçəsində yerləşən avto ehtiyat hissələri satılan mağazasından çıxdığı vaxt görüblər.
Adilxan Sərdarov yerli Azərbaycan diaspora sədrinin müavini Zəlimxan Sərdarovun qardaşıdır.