Türkiyədə 5 İŞİD terrorçusu deşifrə edilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, kəşfiyyat qurumlarının apardığı araşdırma nəticəsində həmin terrorçuların fotoları ələ keçirilib. Siyahıda adı olanlardan biri ABŞ vətəndaşlığına sahib Əbu Ayman Ət Maghribidir (kod adı Darvan əl Naymar). Onun həyat yoldaşı Khadiji Nejari və 2 uşağı ilə birgə 2014-cü ildə Türkiyə üzərindən Mərakeşə getmək üçün ABŞ-dan ayrıldığı, lakin adıçəkilən ölkəyə getmədikləri məlum olub. Hazırda Türkiyədə olduğu təsbit edilən terrorçu axtarışdadır.
Sultanahmetdəki canlı bomba hücumunu təşkil edən Nabil Fadılın dostu olan Rashed Alabdalah Algaaganın da Türkiyəyə gələ biləcəyi ehtimalı ilə bağlı ölkədə araşdırmaya başlanılıb.
Bundan başqa, digər bir terrorçunun qardaşı Furkan Ürkmezin bu ilin martın 6-da Türkiyədən Suriyaya keçdiyi ortaya çıxıb. Kəşfiyyat qurumları azyaşlının canlı bomba olaraq istifadə edilcəyindən şübhələndiyi üçün adını axtarışa verilənlər siyahısına salıb.
WhatsApp-dan həyat yoldaşına “Şəhidlik sırası bizdə” yazan Hasan Hüseyn də adı şübhəlilər siyahısındadır.
Digər şübhəli isə Rusiya pasportuna sahib Azərbaycan əsilli İsa Tupolovdur. Onun hələ də Suriyada olduğu təsbit edilib. Əldə edilən məlumata görə, o, Türkiyə və Azərbaycanda terror törətməyi planlaşdırır.
Son xəbərlər
Son Xəbərlər