Azərbaycanlı “İŞİD”çilərdən vəsatət

azerbaycanli-isidcilerden-vesatet
Oxunma sayı: 685

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində "İŞİD" terror təşkilatına qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə təqsirləndirilən şəxslərin vəsatətinə baxılıb. Onlar saxlanıldıqları Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülmələrini istəyiblər. 

Məhkəmə vəsatəti təmin edib.

Proses iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər Azərbaycana qayıdarkən saxlanılıblar.

Murad Əhməd