Azərbaycanlı iştirakçı Acunu məhkəməyə verir

azerbaycanli-istirakci-acunu-mehkemeye-verir
Oxunma sayı: 3060

“O səs Türkiyə” mahnı müsabiqəsinin azərbaycanlı iştirakçısı Gülşən İbadova “Acun Medya”nı məhkəməyə verir.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında iştirakçının özü məlumat verib.

İştirakçı bildirib ki, onlardan haqqını tələb edəcək:

“Birbaşa Avropa İnsan Haqları Məhkəməsinə verəcəm, artıq ərizə göndərilib. Mənim mənəvi zərərimin haqqı verilsin. Təzminatın miqdarını hələ açıqlama istəmirəm.

Onlar elə düşünürlər ki, hər kəsdən reytinq və pul qazana bilərlər. Mən haqqımı tələb edirəm, heç nədən qorxmuram”.

Xatırladaq ki, müsabiqədən uzaqlaşdırılan İbadova bir müddət öncə mətbuata açıqlama verərək onlara qarşı haqsızlıq və qərəz olduğunu bildirmişdi.