Azərbaycanlı jurnalist koronavirusa yoluxdu

azerbaycanli-jurnalist-koronavirusa-yoluxdu
Oxunma sayı: 2769

Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.

A.Cəfərsoy bildirib ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir:

"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".