“Qafqazinfo” xəbər verir ki, cəmiyyətin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Ognianova bildirib ki, bir jurnalistin fikirlərinə görə deportasiya edilməsinə heç kim bəraət qazandıra bilməz:
“Deportasiya edilmək çox ciddi bir addımdır. Türk rəsmiləri təcili olaraq bu qaərarı dayandırmalıdırlar. Bu şəxs başqa ölkənin vətəndaşı da olsa fikirlərinə görə cəzalandırılmamalıdır. Verilən qərar çox ağır və bu, mətbuat azadlığı sahəsində aşağı qiymət alan Türkiyənin imicinə daha da pis təsir göstərəcək”.
Təşkilatın digər koordinatoru Geoffrey King Zeynalovun deportasiya qərarının araşdırıldığını bildirib.
Son xəbərlər
Son Xəbərlər