Azərbaycanlı məktəblilər Minskdən medalla qayıdıb

azerbaycanli-mektebliler-minskden-medalla-qayidib
Oxunma sayı: 1248

22-28 aprel tarixlərində Belarusiyanın paytaxtı Minsk şəhərində 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadası keçirilib.  

“Qafqazinfo” xəbər verir ki, 5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən məktəblilərimiz medalla qayıdıblar. Belə ki, 160 nömrəli Klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli olimpiadanın gümüş medalına layiq görülüblər.