Azərbaycanlı məktəblilər olimpiadada 5 medal qazanıb

azerbaycanli-mektebliler-olimpiadada-5-medal-qazanib
Oxunma sayı: 1419

Azərbaycanlı məktəblilər olimpiadada 5 medal qazanıbMoldovanın paytaxtı Kişinyov şəhərində 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir. 

"Qafqazinfo"ya daxil olan məlumata görə. 30 aprel – 5 may tarixlərində keçirilən olimpiadada ölkəmizi Abbas Məmmədov, Fərid İsmayılov , Fuad Anzurov, Murad Ağazadə, Ramil Cəbiyev və Anar Rzayev adlı məktəbliləridən ibarət 6 nəfərlik komanda təmsil edir.

Azərbaycanlı məktəblilər olimpiadada uğurla çıxış edib. Belə ki, komandanın üzvləri 4 gümüş, 1 bürünc medal qazanıblar.

Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə toplanan xal tarixdə ən yaxşı nəticəmiz sayılır.