Azərbaycanlı merin qatillərinin yandırılmış avtomobili tapıldı

azerbaycanli-merin-qatillerinin-yandirilmis-avtomobili-tapildi
Oxunma sayı: 842


“Qafqazinfo” xəbər verir ki, Bu barədə jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin Poltava vilayəti üzrə idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yuri Sulayev məlumat verib.

Milisdə təsdiq ediblər ki, Kremençuq merinə hücum edən cinayətkarlar iki nəfər olub və onlar merə hücum zamanı bu avtomobildən istifadə ediblər.

İstintaq və ekspertiza tədbirləri davam edir.

Xatırladaq ki, Kremençuq şəhərinin meri, azərbaycanlı Oleq Babayev iyulun 26-da güllə ilə vurulub.

Onun “Mersedes” markalı avtomobilinin yanında dayanmış ağ rəngli “VAZ-2108” avtomobilindən merə üç dəfə güllə atıblar. Oleq Babayev hadisə yerində keçinib.

Oleq Babayevin dostları və yaxınları cinayətkarların axtarılıb tapılmasına görə pul mükafatı təyin ediblər.