Azərbaycanlı məşqçi dünyanın ən yaxşısıdır

azerbaycanli-mesqci-dunyanin-en-yaxsisidir
Oxunma sayı: 685

Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, məşqçiləri giriş sözü ilə salamlayan FİLA prezidenti seminarı açıq elan edib. O, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi Firdovsi Umudovu sərbəst güləş üzrə 2012-ci ilin ən yaxşı məşqçisi elan edib.Daha sonra Mrtinetti xüsusi kuboku, qızıl medalı və müvafiq sertifikatı Firdovsi Umudova təqdim edib.

FİLA-nın texniki komitəsi Beynəlxalq Federasiyanın məşqçilər assosiasiyasına üzv olan bütün məşqçilərin il ərzində fəaliyyətini diqqətlə izləyir və ilin yekununa əsasən dünyanın ən yaxşısını müəyyənləşdirir. 2008-ci ildən etibarən məşqçilər assosiasiyasının üzvü olan Firdovsi Umudov isə Azərbaycan sərbəst güləşçilərinin London Yay Olimpiya oyunlarında əldə etdiyi möhtəşəm uğurda böyük pay sahibi olduğu üçün bu mükafata layiq görülüb.

Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun Londondakı çıxışlarını əks etdirən videogörüntülərin təhlili isə seminar iştirakçılarının böyük marağına səbəb olub. FİLA nümayəndələri onların hər ikisini dünya güləşinin nadir inciləri adlandırıblar. Seminar noyabrın 18-də yekunlaşacaq.