Azərbaycanlı millət vəkili TGRT Haber telekanalında qonaq oldu- - Video

azerbaycanli-millet-vekili-tgrt-haber-telekanalinda-qonaq-oldu-
Oxunma sayı: 1318


"Qafqazinfo" xəbər verir ki, canlı yayımda aparıcının suallarını cavablandıram Qənirə Paşayeva "biz Türkiyəni Azərbaycandan heç zaman ayırmırıq, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi biz bir millət, iki dövlətik və Türkiyənin kədəri kədərimiz, sevinci, sevincimizdir. Böyük Atatürkün Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsi var və mən gənc nəsillərimizi bu istiqamətdə daha yaxşı yetişməsinin gərəkli olduğunu düşünürəm, çünki dünyada bu iki ölkə arasındakı əlaqələr kimi başqa iki ölkə arasında yoxdur, biz  nə qədər əlaqələrimizi inkişaf etdirsək, dövlətlərimizin gücü o qədər artar, yerləşdiyimiz coğrafiyada gücümüz də daha da artar” deyib .

Türk Dünyasının sevinclərinin və kədərlərinin ortaq olmasının vacibliyini vurğulayan Qənirə Paşayeva  Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə məlumat verib.  O,  hər bir Türk insanı özünü həm də  bir  Qarabağlı  kimi hiss etməlidir və işğal altında olan torpaqlarımızın azad olması  üçün  daha çox çalışmalıdır deyib.

Azərbaycan millət vəkillərinin Somada meydana gələn mədən faicəsindən sonra maaşlarının bir hissəsini  faciə qurbanlarına bağışlamaları ilə bağlı suala cavab verən millət vəkili Qənirə Paşayeva: "Biz Türkiyə ilə Azərbaycana ayrı baxmırıq, Somada həyatını itirən insanlar bizim də qardaşlarımızdır. Bu faciə zamanı  həyatını itirən qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirik, başda yaxınları olmaqla bütün millətimizə başsağlığı diləyrık. Siz Türkiyədə nə qədər üzüntü yaşadıysanız, biz də Azərbaycanda o qədər üzüntü yaşadıq, başsağlığını ilk bildirən də cənab Prezident İlham Əliyev oldu, biz də bu üzüntünün yanında nə edə bilərik deyə düşündük, sizi Türkiyə hüdudlarından kənarda da düşünənlər, sizin üçün üzülənlər, acınızı paylaşanlar var demək məqsədilə, Qızıl Aypara Cəmiyyəti tərəfindən belə bir kampaniyaya başladı, bu kampaniyaya millət vəkillərimiz, dövlət adamlarımız, sənətçilərimiz, hətta tələbələrimiz də qoşuldular. Allahdan tək diləyimiz bir daha nə Türkiyədə, nə də Azərbaycanda bir daha belə bir faciələr yaşanmasın, eyni durum Allah qorusun əgər Azərbaycanda da yaşansaydı, düşünürəm ki, siz də eynisini  edərdiniz, əslində bunun belə olması lazımdır" deyib.