Rusiyanın 18 milyarderinin 2017-ci ilin ilk ayı üçün ümumi sərvəti 7,9 milyard dollar artıb.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Bloomberg Billionaires Index”in məlumatında bildirilir.
Qeyd olunur ki, “Rusala” şirkətinin sahibi Oleq Deripaska 1 ay ərzində 1,7 milyard dollar, Maqnitorsk metallurgiya kombinatının rəhbəri Viktor Raşnikov 1,1 milyard dollar, Novolipetsk Metallurgiya Kombinatının direktorlar şurasının rəhbəri Vladimir Lisin 941,5 milyon dollar, eləcə də , “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı biznesmen Vahid Ələkbərov 48,6 milyon dollar gəlir əldə edib.
Eləcə də yanvar ayı ərzində “Evroxim” şirkətinin sahibi Andrey Melnitsenko, “USM Holdings”in banisi Alişer Usmanov, “Oneksima” şirkətinin rəhbəri Mixail Proxorov, “Renova” qrupunun rəhbəri Viktor Vekselberq səhmlərini artırıb.
Son xəbərlər
Son Xəbərlər