Azərbaycanlı model “Miss glamour” seçildi- - Fotolar

azerbaycanli-model-miss-glamour-secildi-
Oxunma sayı: 1753


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanı model Lala Hüseynova təmsil edib. Modelimiz yarışmada ilk onluğa düşərək, “Miss Glamour” tituluna layiq görülüb. Müsabiqədə beş gözəl tac qoyub. “Miss Fashion 2014” qalibi isə Litva təmsilçisi Karolina Toleikite olub. 

Gecənin aparıcılığını Məhmət Əli Ərbil və Sərdar Ortaçın həyat yoldaşı Xloe Luqnan edib. Səhnəyə çıxan S.Ortaç həyat yoldaşına türk rəqsi oynadıb. 

Təəssüratlarını bizimlə bölüşən L.Hüseynova nəticələrin əvvəlcədən bilindiyini iddia edib: 

“Fashion Tv-nin rəhbəri hazırlıqlar boyunca birinci olan xanımı yanından ayırmırdı. Nəticələr qabaqcadan bəlli idi”.