Azərbaycanlı modelyerdən yeni kolleksiya- - Fotolar

azerbaycanli-modelyerden-yeni-kolleksiya-
Oxunma sayı: 3876


“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzində baş tutan dəfilədə 3 kolleksiyadan ibarət 23 geyim növü nümayiş edilib. Kolleksiyalarda 3 fərqli parça və 3 fərqli rəngdən  istifadə olunub.

“Əksər xanımlar geyimlərində ağ və qara rənglərə üstünlük verirlər.  Ona görə bu dəfə kolleksiyamda bu rəngləri və qırmızı rəngin çalarlarını ön plana çəkdim. Qırmızı cəlbedicilik rəmzidi. Hər bir xanım cəlbedici görünməyi və diqqət mərkəzində olmağı sevir. Qiymətli geyim bahalı paltar deyil, sizə  ən gözəl yaraşandır. Düşünürəm ki,  “By Khaja yaz/yay 14” kolleksiyası da xanımların ürəyincə olacaq”-, deyə modelyer bildirib. 
Tədbirdə Xədicə İbrahimlinin ailə üzvləri, dostları və bir çox tanınmış sima iştirak edib.