Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup pedaqoqu Türkiyənin Ankara şəhərinə ezam olunub. Səfərin məqsədi Akademiyanın beynəlxalq tərəfdaşı olan, idman sahəsində dünyanın aparıcı universitetlərindən sayılan, Türkiyənin məhşur Hacettepe Universitetində İdman Elmləri Fakültəsinin mütəxəsisləriylə birgə beş günlük təlim proqramının reallaşdırılmasıdır.
Akademiyadan "Qafqazinfo"ya verilən məlumata görə, təlim proqramı cari ilin 30 yanvar – 3 fevral tarixlərində Ankarada, Hacettepe Universitetinin İdman Elmləri Fakültəsinin binasında təşkil olunub. Təlim müddətində iştirakçılar metodoloji tədqiqatların aparılması, fiziki aktivlik, fiziki akivliyin qiymətləndirilməsi, epidemiologiya, fiziki fəaliyyət zamanı normativlər, idman psixologiyası, idman sahəsində cari məsələlər və qlobal problemlər kimi mövzularda keçilən təqdimatlarla tanış olub, təcrübə mübadiləsi həyata keçiriblər.
Son xəbərlər
Son Xəbərlər