Azərbaycanlı müğənni ABŞ-da akademiyaya qəbul oldu

azerbaycanli-mugenni-abs-da-akademiyaya-qebul-oldu
Oxunma sayı: 2973

Müğənni Səbinə Əsgərova "The American Academy of Dramatic Arts”ın ilk azərbaycanlı tələbəsi olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçının özü sosial şəbəkədə məlumat yayıb. O, təhsili ilə bağlı Los-Ancelesə köçəcəyini qeyd edib:

“Həyatımın bir neçə ilini bu akademiyada keçirəcəm. Neçə aydır başım imtahanlara qarışmışdı. Nəhayət ki, əla nəticə aldım və qəbul oldum. Hobbi kimi başqa, amma bu işi dərindən öyrənmək istəyirəm. Çoxdan düşündüyüm, amma hər zaman ertələdiyim arzumu həyata keçirdim”. 

S. Əsgərova eyni zamanda peşəsindən uzaqlaşmayacağını, kliplərini orada çəkdirəcəyini qeyd edib.