Azərbaycanlı müğənni Anna Netrebkoyla evlənir- - Fotosessiya

azerbaycanli-mugenni-anna-netrebkoyla-evlenir-
Oxunma sayı: 5778


Tanınmış azərbaycanlı opera müğənnisi Yusif Eyvazov tərəf-müqabili, tanınmış rusiyalı müğənni Anna Netrebko ilə evlənir.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki,  Rusiya qaynaqlarına istinadən xəbər verir ki, Yusif Eyvazov bu ilin martında facebook səhifəsində nişanlandığını yazmışdı, ancaq nişanlısının kim olduğunu açıqlamamışdı.

Bu günlərdə isə onun səhifəsində rusiyalı müğənni Anna Netrebko və onun Uruqvaydan olan müğənni Ervin Şrottla əvvəlki nikahından olan oğlu Tyaqo ilə birlikdə çəkilmiş fotosu yayılıb. Fotoda onların segili olduqları görünür, yəni tezliklə toy olacaq.
Xəbərdə bildirilir ki, Anna uruqvaylı ərindən bu yaxınlarda boşanıb və onun bu tezliklə özünə yeni ər tapacağı gözlənilmirdi. Deyilənə görə, azərbaycanlı tenor Annanı o qədər sevir ki, onsuz heç nəfəs də ala bilmir.

Yusif Eyvazov 1996-1998-ci illərdə Bakı Dövlət Konservatoriyasında oxuyub. Sonralar Franko Korelli, Maqdı Olivero və Plasido Dominqo kimi opera ifaçılarından ustad dərsləri alıb. 2009-cu ilin aprelində Bakıda ilk solo konserti ilə çıxış edib. 2010-cu ildə Moskva Dövlət Akademik Böyük Teatrda  Kavaradossi (“Toska”, C.Puççini) obrazı ilə debüt edib. Bu ilin fevralında Roma Opera Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Qrie (Des Grieux) partiyasını, rusiyalı soprano Anna Netrebko isə Manon Lesko partiyasını ifa ediblər.