Azərbaycanlı müğənninin Qazaxıstanda başını yardılar

azerbaycanli-mugenninin-qazaxistanda-basini-yardilar
Oxunma sayı: 3050

Azərbaycanlı ifaçıların məşhur HammAli & Navai dueti (Aleksandr Əliyev və Nəvai Bəkirov) bu günlərdə Qazaxıstanda keçirilən musiqi festivalında xoşagəlməz hadisə ilə rastlaşıb.

“Qafqazinfo” bildirir ki, konsertdən sonra İnstaqramda paylaşım edən Navai başının yarıldığını deyib.  

"Çox xəstə idim, amma buna baxmayaraq, hər istəkləri ifa etməyə çalışdım. Səhnədən gedəndə isə, "Qazaxıstan, biz sizi sevirik" dedim. Həmin an başıma nəsə bərk bir şey atıldığını hiss etdim. O qədər ağır idi ki, başım yarıldı. Təşəkkür edirəm" - deyə, Navai söyləyib. 

HammAli & Navai bir daha Qazaxıstana çıxış etməyəcəklərini bildiriblər.