“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Gürcüstan hüquq-mühafizə orqanları Rustavi şəhərində 42 yaşlı Azərbaycan vətəndaşı M.Şotanı saxlayıb.
Saxlanılan şəxs narkotik vasitələrin satışında ittiham edilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları saxlanılan Azərbaycan vətəndaşının idman çantasından 85 min ABŞ dolları ilə yanaşı 681,29 qram narkotik maddə müsadirə ediblər.
Fatkla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsi (xüsusi böyük çəkidə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satışı) ilə cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər