Azərbaycanlı Odessa şəhərinin prokuroru təyin olundu

azerbaycanli-odessa-seherinin-prokuroru-teyin-olundu
Oxunma sayı: 1617




“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu vəzifəyə Odessanın Primorsk rayon prokurorunun müavini, milliyyətcə azərbaycanlı olan Gündüz Aydın oğlu Məmmədov təyin olunub.
 
Ukrayna Azərbaycanlı Gənclər İttifaqından APA-ya verilən məlumata görə, Gündüz Məmmədov 26 oktyabr 1974-cü ildə Gəncə şəhərində anadan olub. Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.