Azərbaycanlı oğlan 18 yaşlı rus qızı öldürdü- - Rusiyada

azerbaycanli-oglan-18-yasli-rus-qizi-oldurdu-
Oxunma sayı: 2733


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, hadisə Çelyabinsk vilayətində yataqxanada fevralın 2-i gecə saatlarında baş verib.

Belə ki, Başqırdıstan respublikasından gələn tələbə qız həmin yataqxanada özünə otaq ayırıb. Gecə saatlarında onun yanına Azərbaycan vətəndaşı olan 21 yaşlı oğlan gəlir. Bir müddət söhbət etdikdən sonra oğlan mövzunu münasibətlərə gətirib. 21 yaşlı oğlan qızın ona xəyanət etdiyini deyib. Tərəflər arasında mübahisə düşüb.

Gənc oğlan mətbəxdən bıçağı götürərək qıza 12 zərbə endirib. Qız hadisə yerindəcə keçinib.

Polis Azərbaycan vətəndaşını saxlayıb. Faktla bağlı cinayət işi açılıb.