Azərbaycanlı professor vəfat etdi

azerbaycanli-professor-vefat-etdi
Oxunma sayı: 3896

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin sabiq dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfov dünyasını dəyişib. 

"Qafqazinfo" xəbər verir ki, o, bu gün 72 yaşında vəfat edib.

Qeyd edək ki, Maqsud Nəcəfov 1998-ci ildən 2019-cu ilə qədər həmin universitetin Riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləyib. 1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilib.