İsmayıllı rayonunun Xanagah kənd sakini Mirəstə Nəbiyeva uzunluğu 4 metr olan sabun bişirib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, İsmayıllı sakini bu vaxta qədər müxtəlif əl işləri hazırlayaraq rayon tədbirlərindəki sərgilərdə nümayiş etdirib.
O, bu dəfə isə uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun hazırlayıb.
M.Nəbiyeva əl işi ilə “Ginnesin Rekordlar Kitabı”na düşmək iddiasındadır və bununla bağlı müraciət edəcəyini deyib.




Son xəbərlər
Son Xəbərlər