Türkiyənin Burdur əyalətində 24 yaşlı azərbaycanlı qadın mübahisə etdiyi sevgilisi tərəfindən öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, Qənirə Cabbarova həmyaşıdı olan sevgilisi Xəlil A. tərəfindən 55 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Məlumata görə, dünən barda əylənən cütlük taksi ilə evə qayıdarkən yolda mübahisə edib. Daha sonra taksidən düşərək mübahisəni davam etdiriblər. Bu zaman Xəlil.A qadına müxtəlif nahiyyələrindən 55 bıçaq zərbəsi vurub. Hadisə şahidi olan taksi sürücüsü təcili yardım və polisə zəng edib. Lakin qadını xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Son Xəbərlər