Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir

azerbaycanli-qadin-turkiyeden-deport-edildi
Oxunma sayı: 2020

Azərbaycanlı həyat yoldaşı Könül Teymurovaya Türkiyədə yaşamaq icazəsi ala bilməyən 49 yaşlı İhsan Ekşi aidiyyəti qurumlardan yardım istəyir.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İhsan xanımının icazə sənədi üçün hər il ödənilməli olan 700 lirəni maddi problemləri səbəbindən ödəyə bilməyib. Bu səbəbdən anasının səhhəti ilə əlaqədar Naxçıvana gələn Könül 5 yaşlı qızı Dərya ilə Türkiyəyə buraxılmır. Deportasiya qərarı səbəbindən ailəsindən uzaq düşən Ekşi başına gələnləri danışıb:

“İşlərim yaxşı gedirdi. Xoşbəxt ailəm var idi. Amma iş yerimi bağlayıb restoranda işə düzəldim. Həyat yoldaşımın yaşayış icazəsi üçün hər il ödəməli olduğum 700 lirə 2 il müddətinə yığılaraq 4 min lirə oldu. Yoldaşımın anasının xəstəliyinə görə Naxçıvana getmişdik. Qayıdarkən sərhəddə xanımımı saxladılar. Ölkəsindən çıxa bilmir. 4 min lirəni ödəsəm, ailəmi yanıma gətirə bilərəm. Qohumlardan heç kim kömək etmədi. Qaldığım otelin də borcu yığıldı, İğdır valiliyi o borcu ödədi. Son vaxtlar isə xəstəxanada qalıram. Nə edəcəyimi bilmirəm”.