Azərbaycanlı qadına Malayziyada yüksək titul verildi - Foto

azerbaycanli-qadina-malayziyada-yuksek-titul-verildi
Oxunma sayı: 2951

Malayziya kralı sultan V Məhəmməd ölkədə federasiya gününün qeyd olunması münasibəti ilə Azərbaycan vətəndaşı Nərgiz Səfərovanı “PMW/ Datuk Panglima Mahkota Wilayah” “cəngavər” titulu ilə təltif edib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı xanım Malayziyada turizmin inkişafına və onun dünyada populyarlaşmasına verdiyi töhfələrə görə bu ada layiq görülüb.

Təntənəli mərasim Kuala-Lumpurun “İstana Neqara” kral sarayında baş tutub.

Qeyd edək ki, Datuk 1965-ci ildə təsis edilmiş ənənəvi, federal əhəmiyyətli rəmzi tituldur. Bu titul həmçinin Bruney və İndoneziyada istifadə edilir. Titul xaricilərə xüsusilə nadir hallarda, onların ölkə qarşısında böyük xidmətləri olduqda verilir.