Azərbaycanlı qadınlar- - striptiz klublarda

azerbaycanli-qadinlar-
Oxunma sayı: 6712


Gürcüstan ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan kimi 2-ci qrupa aid edilib.

“Qafqazinfo” xəbər verir ki, hesabata əsasən, Gürcüstan da, Azərbaycan kimi, insan alveri üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkədir.

Hesabatda deyilir ki, Gürcüstandan olan qadınlar və qızlar ölkə daxilində, eləcə də Türkiyə, qismən BƏƏ və Rusiyada seks trafikinqinə məruz qalırlar.

Eyni zamanda Azərbaycan, Özbəkistan, Qırğızıstandan olan qızlar da Gürcüstanın kommersiya seks ticarəti sənayesində, xüsusən də Batumi və Qonio kimi kurort şəhərlərində istismar edilirlər.

Ekspertlər bildirirlər ki, onlar saunalarda, striptiz klublarında, kazino və otellərdə çalışırlar.

Hesabata görə, Gürcüstandan olan kişi və qadınların əməyi istər ölkə daxilində, istərsə də xaricdə - Türkiyə, Rusiya, Azərbaycan, Kipr, İtaliya, Qətər və İsveçdə istismar edilir.