“Qafqazinfo” xəbər verir ki, koalisiya üzvlərinin yaydıqları bəyanatın əsas məzmunu son illər Azərbaycanda Kütləvi İnformasiya Vasitələrində baş verən qeyri-etik, qeyri-insani münasibətlərə söykənən məlumatların yayılmasından və bundan irəli gələrək hər bir insanın haqqı olan İnsan Haqlarına qarşı kobud pozuntuların geniş vüsət almasından ciddi narahatlıqdır:
“Biz, Azərbyacanda insan haqlarına hörmət prinsiplərinə söykənən Kütləvi İnformasiya Vasitələrinin inkişafına təkan verən bir mühitin yaranmasını vacib hesab edir və Gender Media Monitorinq qrupunun fəaliyyətinin hazırkı durumda vacib bir qurum kimi yaranması ehtiyacını vurğulayırıq”.
Koalisiya prioritet istiqamət olaraq gündəlik media monitorininqinin aparılması, məlumatların toplanması; mətbuatda gedən məlumatlarla bağlı faktların yoxlanılması, sübütların toplanması; insan haqlarına zidd gedən məlumatlarla bağlı qanunvericiliyin yol verdiyi bütün vasitələrdən istifadə edərək tərəf kimi məhkəmələrə müraciət edilməsini və s. seçib.
Gender Media Monitrinq qrupu Azərbaycanda fəaliyyət göstərən bütün Kütləvi İnformasiya Vasitələrinin o cümlədən sosial şəbəkələrdə yayımlanan məlumatların monitrinqini aparılmasını qarşısına məqsəd qoyur.