Azərbaycanlı qadınları Dubaya aparana hökm oxunub

azerbaycanli-qadinlari-dubaya-aparana-hokm-oxunub
Oxunma sayı: 1946

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubaya apararaq onları fahişəliyə məcbur edən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovaya hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Tamilla Nəsrullayevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Cümşüdova 8 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci il sentyabr ayının 22-də o, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. İstintaq dövründə cinayət işi üzrə iki zərərçəkmiş qadın tanınıb. 

Murad Əhməd