“Azərbaycanlı qardaşlarımızı dəstəkləməyə davam edirik”

“Azərbaycanlı qardaşlarımızı dəstəkləməyə davam edirik”
Oxunma sayı: 1216

“Biz azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə vahid yumruqla dəstəkləməyə davam edirik”.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Düzcedə şəhid ailələri və qazilər üçün təşkil olunan iftar məclisində çıxışı zamanı deyib.

“Biz hər zaman hərbi əməkdaşlığımızı göstərmişik və bundan sonra da dəstəkləyəcəyik. Egey dənizində, Aralıq dənizində, Kiprdə, Liviyada və Azərbaycanda qardaş və dostlarımızın, o cümlədən bizim hüquq və mənafelərimizin reallaşması davam edir. Silahlı qüvvələrin bu uğurunda ən böyük pay şəhidlərimizin, qazilərimizindir. Şəhidlərimizi və qazilərimizi həmişə və hər yerdə böyük hörmət və ehtiramla yad edirik”, - deyə H.Akar bildirib.