Azərbaycanlı qız nişanlısının evində intihar etdi

azerbaycanli-qiz-nisanlisinin-evinde-intihar-etdi
Oxunma sayı: 4000


"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 3-də, günorta saatlarında baş verib.

21 yaşlı adı açıqlanmayan azərbaycanlı qız Sankt-Peterburqun Kalininski rayonun Prosveşeniya prospekti 99 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü yerə atıb.

O, yerindəcə keçinib.

Araşdırmalar zamanı azərbaycanlı qızın Moskva sakini olduğu məlum olub. Onun Sankt-Peterburqda yaşayan nişanlısının evinə qonaq gəldiyi bildirilib. İntihar edən qızın adı açıqlanmayan nişanlısının 27 yaşlı azərbaycanlı olduğu da məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.