Azərbaycanlı qızlar Amerika jurnalında - Fotolar

azerbaycanli-qizlar-amerika-jurnalinda
Oxunma sayı: 8544

Amerikanın nüfuzlu “Elléments Magazine” jurnalı azərbaycanlı fotoqrafın şəkillərindən istifadə edib.

“Qafqazinfo” xəbər verir ki, dərgi Sarvan Hüseynin fotosessiyasını “fashion” bölməsinə yerləşdirib.

Modellər isə AzTV-nin aparıcısı Mehin Hümbətova və “Miss Supermodel Worldwide of Azerbaijan- 2018” qalibi Fidan Əliyevadır.

Jurnalda sözügedən fotoları ərsəyə gətirən komanda üzvlərinin adı da qeyd edilib.