Azərbaycanlı referi “İnter”in oyununa təyinat aldı

azerbaycanli-referi-interin-oyununa-teyinat-aldi
Oxunma sayı: 2619

FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, Məsiyev Gənclər Liqasının pley-off mərhələsinin “Rux” (Lvov, Ukrayna) – “İnter” (İtaliya) görüşünü idarə edəcək. Ona yan xətt hakimləri qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə polşalı Yatsek Malişek yerinə yetirəcək. Qarşılaşma Polşada keçiriləcək.

Fevralın 8-nə planlaşdırılmış “Rux” – “İnter” görüşü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.