Azərbaycanlı repçilərdən silahlı insidentlə bağlı açıqlama

Azərbaycanlı repçilərdən silahlı insidentlə bağlı açıqlama
Oxunma sayı: 1517

Bir neçə gün bundan əvvəl silahlı hücuma məruz qalan Aleksandr Əliyevlə (HammAli) Nəvai Bəkirov (Navai) ortaq açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçilərin Mətbuat xidmətinin insidentlə bağlı açıqlamasında qeyd olunub ki, hadisədən əvvəl naməlum şəxslər ifaçıları maşınla izləyiblər:

“Əvvəlcə konsert keçiriləcək barda bombanın olması barədə naməlum zəng gəldi, musiqili gecə ləğv olundu. Daha sonra naməlum şəxslər repçiləri izləyərək atəş açıblar. Səslər həm maşında, həm də video müşahidə kameralarında əks olunub. İnsident travmatik silahla törədilib”.

Bundan başqa, bəzi Rusiya KİV və sosial şəbəkələri iddia edir ki, belə bir hadisə törədilməyib, cütlük belə yalan məlumat yayaraq gündəmdə qalmaq istəyir. 

Navai sözügedən ittihamlara sosial şəbəkədə cavab verib: “Allaha şükür ki, bizim yaradıcılığımızın nə təbliğata, nə də reklama ehtiyacı var. Bizi reklamsız sevirlər, qulaq asırlar”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi