Azərbaycanlı şahmatçılar BƏƏ ustalar turnirində

azerbaycanli-sahmatcilar-bee-ustalar-turnirinde-
Oxunma sayı: 723


“Qafqazinfo”nun məlumatına görə, beynəlxalq yarışa 97 iştirakçı gəlib. Onların arasında 39 qrossmeyster, o cümlədən Azərbaycan qrossmeysterlərindən Nicat Abbasov (2536), Vüqar Rəsulov (2521) və Ülvi Bacarani (2486) də vardır. Bu şahmatçılarla yanaşı Azərbaycan idmanının şərəfini Abdulla Qədimbəyli (2168) və Aydan Xocatova (2018) qoruyacaqlar. Onların rəqibləri BƏƏ, Çin, Ukrayna, Fransa, Hindistan, Ermənistan, Rusiya, Çexiya, Rumıniya və digər ölkələrin nümayəndələri olacaqlar.

Dubayda 97 şahmatçının iştirak etdiyi ustaların turniri İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.