Azərbaycanlı şair xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

azerbaycanli-sair-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 4798

Azərbaycanlı şair Sayman Aruz səhhətində yaranmış problemə görə xəstəxanaya yerləşdirilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə şair Ramiz Rövşən “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, Sayman Aruzun vəziyyəti ağırdır: “Xətrini çox istədiyim dəyərli şairimiz Sayman Aruz bir neçə saat öncə kəskin ürək tutmasından özünü itirmiş, xəstəxanaya yerləşdirilmişdir. Hazırda ölümlə üzə-üzə olan şairə şəfa diləyirik”.