Azərbaycanlı səfir etimadnaməsini Niderland Kralına təqdim etdi

azerbaycanli-sefir-etimadnamesini-niderland-kralina-teqdim-etdi
Oxunma sayı: 1267

Səfir Rəhman Mustafayev etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, səfir bunu tviter hesabında qeyd edib.

“Bu gün etimadnaməmi Kral Villem-Aleksandra təqdim etməkdən şərəf duydum. Ölkələrimiz arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, elm və mədəniyyətin, gənclər mübadiləsinin gücləndirilməsi əsas prioritetlərimizdir”,-deyə səfir bildirib.