Azərbaycanlı sərhəddə saxlanıldı - 25 min dollarlıq külçələrlə

azerbaycanli-serhedde-saxlanildi
Oxunma sayı: 1828

Gürcüstanda qızıl külçələr və zərgərlik məhsullarını qanunsuz olaraq keçirməyə çalışan azərbaycanlı saxlanılıb.

Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamentinin birgə apardığı operativ-axtarış və istintaq tədbirləri nəticəsində Ramin Nəbiyev saxlanılıb.

Məlum olub ki, qızıl külçələr və zərgərlik məhsullarının dəyəri təxminən 25 min dollar məbləğində olub.

Hazırda Azərbaycan vətəndaşı saxlanılıb, onu 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir.