Suriyadakı müharibədə bütün ailəsini itirən və Türkiyəyə sığınan bir qızın həyatdakı mübarizəsindən bəhs edən “Qabra” filmi bu il Kann beynəlxalq kinofestivalının qısa film bölümündə nümayiş olunacaq.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, filmin rejissoru Hakkı Görgülü, ssenaristi Batuhan Arıcıoğludur.
Filmdə Qabra məzarları qoruyan İsmayılın sevgisi və azərbaycanlı sufi Yəhya Şirvaninin köməyilə həyatda mübarizə aparıb qalib gəlir.
Qeyd edək ki, İsmayıl obrazını Bülent Ergün, Qabrayı isə Tutku Karaca canlandırıb.
Son xəbərlər
Son Xəbərlər