Azərbaycanlı tələbədən yüksək nəticə

azerbaycanli-telebeden-yuksek-netice
Oxunma sayı: 4312

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 2-ci kurs tələbəsi Nizgan Cəbiyeva dünyanın bir çox ölkəsindən "Financial Reporting" imtahanında iştirak edən tələbələr arasında ən yüksək nəticə ilə (97%) ACCA-nin Global Prizewinner (Qlobal mükafatçı) adını və pul mükafatını qazanıb.

"Qafqazinfo" xəbər verir ki, bu, dünyada ən yüksək nəticə hesab olunur.

Qeyd edək ki, N.Cəbiyeva bundan öncə 96% nəticə ilə ACCA-nin "Financial Accounting" (f3) (Maliyyə uçotu) sertifikatını əldə etmişdi.