Azərbaycanlı tələbələr dağıntılar altında qalıb?

Azərbaycanlı tələbələr dağıntılar altında qalıb?
Oxunma sayı: 5958

Türkiyənin Malatya bölgəsindəki zəlzələdə azərbaycanlı tələbələrin dağıntılar altında qaldığı ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, bu barədə araşdırmalar aparılır.

“Hazırda 4 azərbaycanlı tələbənin dağıntılar altında qalması ilə bağlı məlumatlar araşdırılır. Məlumat dəqiqləşən kimi rəsmi açıqlama veriləcək”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə İnönü Universitetində oxuyan azərbaycanlı tələbələrin dağıntılar altında qaldığı bildirilir. Hətta onların fotoları da ictimailəşdirilib.

Qeyd edək ki, bu barədə ilk məlumatı azxəbər.com saytı yayıb.