Azərbaycanlı turist Türkiyədən qovuldu

azerbaycanli-turist-turkiyeden-qovuldu
Oxunma sayı: 1681


“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Alanya şəhərində baş verib. Polislər şübhələndikləri Xaqani adlı azərbaycanlının üzərində axtarış apararaq 16 qram heroin aşkarlayıblar.

Polisin bildirdiyinə görə, saxlanılan azərbaycanlının 42 yaşı var.

Azərbaycanlı turist polis bölməsinə aparılaraq sorğuya cəlb edilib.

Daha sonra məhkəməyə çıxarılan Xaqani ölkədən deportasiya edilib.