Azərbaycanlı Türkiyədə bələdiyyə sədri oldu

azerbaycanli-turkiyede-belediyye-sedri-oldu
Oxunma sayı: 3502


ANS PRESS-in xəbərinə görə, Karaçanta bütün səslərin 28.4 faizini alaraq Qarsın bələdiyyə sədri olub. Bundan əvvəl isə Qars vilayəti hakim AKP-nin idarəsində olub. 

Murtaza Karaçanta 1961-ci ildə Qarsda dünyaya gəlib. Pensiyaçı bürokrat və mühasib olan Karaçanta həm də Qars bələdiyyə məclisinin üzvü olub. 

Türkiyə - Azərbaycan münasibətlərini inkişaf etdirmək üçün “Qars – Azərbaycan Mədəniyyət və Həmrəylik” dərnəyini qurub və bu dərnəyin sədridir.

Ailəli və 2 övlad atası olan Murtaza Karaçantanın babasının əslən Azərbaycandan olduğu bildirilir.