Azərbaycanlı xanım deputat AŞPA-nın alt komitəsinin sədri seçilib

azerbaycanli-xanim-deputat-aspa-nin-alt-komitesinin-sedri-secilib
Oxunma sayı: 1151


Trend-in məlumatına görə, toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, rasizm və tolerantlıq, əlillərin hüquqlarının təmin olunması və onlara qarşı diskriminasiyanın aradan qaldırılması, Avropada gender bərabərliyi və digər məsələlər haqqında müzakirələr aparılıb.

İclasda çıxış edən S.Qafarova Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, multikulturalizm və gender məsələləri barədə ətraflı məlumat verib.

Millət vəkili bildirib ki, Azərbaycan bir çox dinlərin, fərqli millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlayış şəraitində yaşadığı tolerant ölkədir.

S.Qafarovanın sözlərinə görə, ölkəmizdə dinindən, irqindən, milliyyətindən, sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir və Azərbaycan dövləti hər bir vətəndaşın bütün hüquqlarını yüksək səviyyədə təmin edir.

İclasda, həmçinin S.Qafarova 47 ölkənin nümayəndələri arasından AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib.