Azərbaycanlı yanğınsöndürən Türkiyə bayrağını yanmağa qoymadı - Video

azerbaycanli-yanginsonduren-turkiye-bayragini-yanmaga-qoymadi
Oxunma sayı: 8399

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan azərbaycanlı yanğınsöndürənlər anlamlı hərəkəti ilə diqqət çəkib.

"Qafqazinfo" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kamil Dünyamalıyev adlı əməkdaşı Marmarisdə yanan evdən Türkiyə bayrağını çıxardıb.

"Ev yanırdı, yalnız Türkiyə bayrağını çıxarda bildim. Evin içinə girdim, içəridə insan olub-olmamadığına baxdım. İçəridə heç kim yox idi, bayrağı gördüm, onu çıxardım. İnsan nə qədər önəmlidirsə, bayraq da bir o qədər önəmlidir. Türkiyə qardaşımızdır", - deyə K.Dünyamalıyev bildirib.

Bundan başqa, digər yanğınsöndürənlərimiz də eyni anlamlı jestlə yadda qalıblar.